Ermənistan hökuməti baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanla imzalamağa hazırlaşdığı sənədi elan etmək məcburiyyətindədir. Bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan bəyan edib.
“Hökumət Ermənistanın sərhədlərinin demarkasiyasına aid sənədi elan etməlidir. Buna dair məlumatlar dünən axşam saatlarında internetdə yayılıb və bu gün hökumətin iclasında təsdiq oluub. Azərbaycanla demarkasiya prosesi bizim hamımıza aiddir, Ermənistan əhalisinin həyati maraqlarına aiddir”, - cümə axşamı Tatoyanın yayılan bəyanatında deyilir.
Onun sözlərinə görə, sənədin elan olunması hökumətin maraqlarına əsaslanır, çünki əsassız şayiələrin qarşısını alacaq. **