Azərbaycan Dağlıq Qarabağa dair üçtərəfli sazişə sadiqliyini qoruyur. Bu barədə Azərbaycanın baş naziri Əli Əsədov bəyan edib.
“RF-nin 44 günlük müharibə dövründə oynadığı rolu yüksək qiymətləndiririk. Azərbaycan və Rusiya prezientləri və Ermənistanın baş naziri arasında 9 noyabr tarixli bəyanatda qeyd olunan öhdəliklərin icrasını yüksək qiymətləndiririk və onların ”yerinə yetirilməsinə tam sadiqik”, - Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüş zamanı bildirib.
O vurğulayıb ki, Azərbaycan üçtərəfli sazişin bütün öhdəliklərinin icrasını davam etdirəcək. **