Rusiya və Azərbaycan pandemiya dövründə ticarət dövriyyəsinin mühüm dərəcədə azalmasına imkan verməyib, bu il isə bu rəqəmi daha 3,5% artıra bilib. Bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin deyib.
“Bizim ticarət-iqtisadi əməkdaşlığımız fəal inkişaf edir. 2020-ci ildə mürəkkəb şəraitdə, koronavirus olduğu dövrdə qarşılıqlı ticarət dpvriyyəsinin mühüm dərəcədə azalmasına imkan vermədik”, - Mişustin Azərbaycanın baş naziri Əli Əsədov ilə görüş zamanı bəyan edib.
O qeyd edib ki, cari il yanvar ayından mart ayına qədər ticarət dövriyyəsini 3,5% artırmaq mümkün olub, bu da təqribən $680 milyon təşkil edir. **