Dağlıq Qarabağa dair üçtərəfli saziş Qafqazın kompleks inkişafı üçün imkanlar açıb. Bu barədə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin bəyan edib.
“Dağlıq Qarabağda hərbi əməliyyatlar sona çatdıqdan sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul olunan 2020-ci il 9 noyabr tarixli bəyanatlar regionun daha kompleksli inkşafı üçün imkanlar açıb”, - Mişustin Azərbaycanın baş naziri Əli Əsədovla görüş zamanı bildirib.
“Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur marşrutların yaradılması bütövlükdə Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir”, - o əlavə edib. **