Azərbaycan Ermənistanla əməkdaşlığa və münasibətlərin normallaşmasına hazırdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz törədilən dağıntılar və ərazilərimizin 30 il ərzində işğal altında olmasına baxmayaraq, Ermənistanla əməkdaşlığa hazırıq. Ancaq bizə qarşılıqlı əməkdaşlıq lazımdır, çünki biz qonşuyuq və yanbayan yaşamağı öyrənməliyik”, - Əliyev cümə axşamı “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bildirib. **
A.Əzizov