Dağlıq Qarabağ münaqişəsi sona çatıb, indi gələcək barədə düşünməyin zamanıdır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“İkinci Qarabağ müharibəsi regiondakı vəziyyət radikal olaraq dəyişib. Biz Ermənistanla əməıkdaşlıq etmidrik, çünki ərazilərimizi işğal etmişdi. Bu gün Ermənistanda anlayırlar ki, səhv iş görüblər (Azərbaycan ərazisini işğal etməklə - İF). Dağlıq Qarabağ münaqişəsi sona çatıb və indi gələcək barədə düşünməyin zamanı çatıb”, - Əliyev bu gün “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”adlı videoformatda müzakirələr zamanı bildirib.
Əliyev qeyd edib ki, hazırda Ermənistanda vəziyyət müstəqillik əldə etdikləri dövrdə olduğundan da pisdir
“Bü günə Ermənistanın ordusu yoxdur, tamamilə dağıdılıb, biz 6 ay ərzində ölkədə siyasi böhranı müşahidə edirik. O cümlədən, cəmiyyətdə böyük inamsızlıq və qarşılıqlı ittihamlar müşahidə edirik”, - Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, Azərbaycan Ermənistanla əməkdaşlığa və münasibətləri normallaşdırmağa hazırdır. “Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub, 2020-ci il 10 noyabr tarixli üçtərəfli saziş imzalanıb və indi gələcək barədə düşünməyin zamanı çatıb. Biz Cənubi Qafqaz regionunun inteqrasiyasının bir hissəsi olaraq gələcək üçün plana hazırıq. Ümid edirik ki, Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya məsələlərini müzakirə edəcəyimiz zaman gələcək”, - Əliyev qeyd edib.
O, həmçinin bildrib ki, Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələri üçün yeni imkanlar yaradacaq. **
X.Nəsirzadə