Azərbaycan Ermənistanla sülh müqaviləsi üzərində işləməyə, həmçinin sərhədlərin razılaşdırılmasına hazırdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Mən dəfələrlə qeyd etmişəm ki, qarşılıqlı münasibətlərin hərbi hissəsini tam sona çatdırmaq və gələcək riskləri minimallaşdırmaq məqsədilə Ermənistanla sülh müqaviləsi üzərində işləməyə hazırıq. Həmçinin, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası təklifi ilə dəfələrlə müraciət etmişəm”, - Əliyev bu gün “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”adlı videoformatda müzakirələr zamanı bildirib.
“Biz sülh sazişinə nail olmalıyıq. Ermənistanla sərhədin delimitasiyası prosesini həyata keçirməliyik. Bizə lazım olan birgə səylərdir. Biz birtərəfli qaydada işləyə bilmərik”, - Əliyev deyib.
Onun sözlərinə görə, indiyədək Ermənistan Qarabağda minalanış sahələrin xəritəsini Azərbaycana təqdim etməyib, nəticədə regionda müharibə sona çatandan sonra 100-dən artıq şəxs xəsarət alıb.
Prezident qeyd edib ki, Ermənistanın siyasi isteblişmenti 30 il ərzində Azərbaycana qarşıdemonizasiyasiyasəti həyata keçirib, ictimai rəyi yanıldıb, Azərbaycan barədə və Bakının istəkləri haqqında qətiyyyən real olmayan fikir formalaşdırıb.
“Biz sadəcə öz ərazi bütövlüyümüzü bərpa etmək isətyirdik, həm tarix boyu, həm də beynəlxalq hüquqa əsasən bizə məxus olan və işğal olunmuş torpaqları qaytarmaq isətyirdik. Həmçinin, biz 1 milyon qaçqını öz doğma evlərinə qayıltmalarını istəyirdik. Bizim tələbimiz qanuni olub. Ermənistan beynəlxalq hüququ pozaraq bizim əraziləri işğal etmişdi” – Əliyev deyib.
Onun sözlərinə görə, “azərbaycanlılara qarşı nifrətin səviyyəsi, Azərbaycanofobiya, erməni cəmiyyətində Azərbaycana qarşıdemonizasiyasiyasəti o qədər yüksək olub ki, erməni cəmiyyətinin bir hissəsi həqiqətən buna inanmışdı. İndi biz Ermənistan cəmiyyətində ciddi psixoloji problem müşahidə edirik. Onlar başa düşürlər ki, 30 il ərzində ölkəni idarə edən liderlər bu cəmiyyətə yalan danışıb. Onlar, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də yalan danışıblar, guya qalib gəlirlər, yeni əraziləri nəzarətə götürdükləri barədə məlumatlar verirdilər”, - prezident bildirib.
Əliyevin sözlərinə görə, ilk növbədə Ermənisytan cəmiyyəti nə etməli olduğu barədə söz açarkən qeyd edib: “Azərbaycanın regionda yaratdığı yeni reallıqları aydın başa düşmək, Ermənistan cəmiyyəti bunu qəbul etməlidir və bu illər ərzində ölkəni fəlakətə aparan liderlərinə inanmamalıdırlar”.
“O cümlədən, Ermənistanda hərbi, revanşist cəhdlərdən imtina etməlidirlər”, - Əliyev əlavə edib. **
X.Nəsirzadə