Bakı Amerika silahlarına çıxış əldə etməyi ümid edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz Amerika silahlarına çıxış əldə etmək arzusundayıq. Əvvəllər Ermənistanla münaqişəyə görə bizim bu cür imkanımız olmayıb. Lakin indi münaqişə sona çatdıqdan sonra biz buna nail olacağımıza ümid edirik”, - Əliyev bu gün “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bildirib.
Əliyev əlavə edib ki, bütövlükdə Bakı Bayden Administrasiyası ilə münasibətlərin inkişafına ümid edir. “Xüsusilə, qabaqcıl texnologiyalar, ticarət sahələrində əməkdaşlığı aktivləşdirə bilərik, çünki qarşılıqlı ticarətin həcmi kifayət qədər yüksək deyil”, - Azərbaycan prezidenti vurğlayıb. **
Ə.Məmmədov