Azərbaycan və Rusiya əqli mülkiyyət sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
Azərbaycan Respublikasının ƏqliMülkiyyət Agentliyi və RusiyaƏqli Mülkiyyət üzrə FederalXidməti arasında Anlaşma Memorandumunu Azərbaycanın iqtisadiyyat nairi Mikayıl Cabbarov və RF-nin iqtisadi inkişaf naziri Maksim Reşetnikov imzalayıblar.
“Memorandum əqli mülkiyyət üzrə qurumların əməkdaşlığının gələcək inkişafı, o cümlədən, informasiya-texnoloji qarşılıqlı əlaqələrin təməli olacaq. Razılıq Azərbaycan ərazisində rusiyalı istehsalçılar tərəfindən ixrac olunan malların müdafiəsini asanlaşdıracaq”, - RF İqtisadi İnkişaf Nazirliyi Reşetnikovun sözlərinə istinad edir.
Bütövlükdə, memorandum əqli mülkiyyət nəticələrinin hüquqi müdafiəsinə yanaşmaların harmonizasiyasına yönəlib, bu da ticarətin inkişafına, həmçinin Rusiyanın yüksəktexnoloji məhsullarının satışına şərait yaradacaq. Bundan başqa, saziş təhsilin inkişafı, ekspertiza və bu cür ekspertiza üçün zəruri olan bilik mübadiləsinin təkmilləşdirilməsini nəzərdə tutur.
“Son hədəf Azərbaycan ərazisində əqli hüquqların müdafiəsi yolu ilə Rusiya məhsullarının satışının dəstəklənməsidir”, - Reşetnikov qeyd edib. **
B.Rüstəmbəyov