Bakı İrəvanla ticarət münasibətlərinin həyata keçirilməsinə hazırdır, lakin bunun üçün Azərbaycan və Ermənistan biri-birinin sərhədlərini tanımalıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz Cənubi Qafqaz ölkələri arasında, həmçinin Ermənistanla azad ticarətə hazırdır. Ancaq bunun üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin qarşılıq tanınması lazımdır. Biz, öz tərəfimizdən Ermənistanın sərhədlərini tanımağa hazırıq. Lakin Ermənistan da Azərbaycan sərhədlərini, həmçinin, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıdır. Beləliklə, biz Ermənistan tərəfindən hərəkət gözləyirik”, - Əliyev cümə axşamı “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Qarabağda rusiyalı sülhməramlılarının nəzarəti altında olan ərazidə 30 min erməni yaşayır.”Biz onları, beyinlərierməni təbliğatı ilə yuyulan, Azərbaycan vətəndaşları hesab edirik”, - o qeyd edib. **
Ə.Məmmədov