Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla anklav ərazilərin mübadiləsi məsələsinin müzakirəsini mümkün hesab edir.
Onun sözlərinə görə, bu məsələləri Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası yolu ilə həll etmək mümkündür.
“Biz nə edəcəyimizi anlamalıyıq. Çox sayda müxtəlif variantlar var, həmçinin mövcud vəziyyəti dəyişilməz saxlamaq və bunu dövlət sərhədi kimi qeyd etmək variantı da var. Bəli, anklavlar məsələsi də var (...)”, - Paşinyan əlavə edib. **