Ermənistan parlamenti bu ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana parlamentin razılığı olmadan Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası haqqında saziş imzalamağı qadağan edən bəyanatı qəbul etmədi.
“Mənim addımım” hakim fraksiya səsvermədə iştirakdan imtina edib. Yalnız 25 deputat bəyanatın lehinə səs verib, nətəcədə sənəd qəbul olunmayıb.
Paşinyanın Azərbacanla yeni saziş imzalamağa hazırlanmasına dair bəyanatla əlaqədar parlamentin növbədənkənar iclasının keçirilməsinin təşəbbüskarı müxalifət olub.
“Beynəlxalq, hərbi münasibətlər, insan haqqlarına dair istənilən sənəd parlament tərəfindən ratifikasiya olunmalıdır. Xalqdan gizlicə növbəti sənəd hazırlanıb, məzmunu barədə deputatlar, hökumət üzvlərinin məlumatı yoxdur. Yenə də heç bir müzakirə olmadan hansısa proseslər baş verir”, - müxalif “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan parlamentdə bildirib.
“Baş nazirin səlahiyyətlərini icra edəni xalqa, dövlətə və millətin gələcəyinə aid olan şəxsi qərarların qəbulundan çəkinməyə çağırıram”, - o bildirib. **