Ermənistan prezidenti Armen Sarkisyan və baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində vəziyyəti və sərhədin delimitasiya və demarkasiyası prosesinin başlaması imkanlarını müzakirə etmək üçün bu gün İrəvanda görüşüblər.
“Vurğulanıb ki, yalnız Ermənistanın tələbi (Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması ilə bağlı - İF) yerinə yetiriləcəyi təqdirdə müvafiq müzakirələrin başlaması üçün lazımi şərait yaradılacaq. Ermənistan prezidenti öz qeydlərini təqdim edib”, - deyə prezidentin mətbuat xidmətinin görüşün yekunlarına dair yaydığı məlumatda bildirilir.*