Sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə baş verən davadan sonra erməni hərbçilər xəstəxanaya yerləşdiriliblər. Bu barədə “İnterfaks”a Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
“Mayın 20-də axşam Sünik vilayətindəki Qaragöl ərazisində baş vermiş dava nəticəsində orta və ağır dərəcəli xəsarət almış hərbçilər xəstəxanaya yerləşdiriliblər”, - deyə məlumatda bildirilir.
Ermənistan KİV-nin məlumatına görə, 11 erməni hərbçi xəstəxanaya yerləşdirilib.*