Bakıda Hərbi Qənimətlər Parkının açılması xaricdə birmənalı qarşılanmadı. Xüsusilə, Avropa Parlamenti parkın bağlanması tələbi ilə çıxış etdi ki, bu da bütün dünya azərbaycanlılarının hiddətinə səbəb oldu.
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bu məsələ ilə bağlı fikirlərini “İnterfaks-Azərbaycan” agentliyi ilə bölüşüb.
- Bakıdakı Hərbi Qənimətlər Parkı Azərbaycanın düşmənlə mübarizədə öz gücünü çox qısa müddətdə sübut etməsinin göstəricisidir. Bu zəfəri ilə Azərbaycan dünya ictimaiyyətini şoka saldı! Bəli, biz Cənubi Qafqaz ərazisində güclü dövlətik, dünya siyasət arenasında layiqli yer tutmuşuq. Bəzi parlament üzvlərinin fikri kimi maraqlandırır ki? Əgər bu fikir Avropa ölkələrinin rəsmi fikri deyilsə!”.
Onlar Bakıdakı Qənimətlər muzeyini qəddarlıq simvolu hesab edirlər, onda xahiş edirəm, bu sualıma cavab verin: Məgər həqiqi eksponatlardan ibarət Daxau muzeyi qəddarlıq variantı, XX əsrin 40-cı illərində bir milyon yarımdan artıq günahsız insanı qətlə yetirmiş faşistlərin törətdikləri vəhşiliklərin təzahürü deyilmi?
Keçən il daha bir fakt üzə çıxdı, özü də Azərbaycanı işğalçılara qarşı amansız davranmaqda ittiham edən ölkədə: əlcəzairli tarixçi Əli Fərid Belkadi Avropanın aparıcı muzeylərinin ekspozisiyalarını araşdıranda l’Homme on Place du Trocadér muzeyində müstəmləkəçiliyə qarşı mübarizə aparmış 60-dan çox əlcəzairli döyüşçünün kəllə sümüyünü tapmışdı.
Belə bir sual yaranır: “Əgər ölkənizdə bu cür eksponatlar varsa, sizin tolerantlığınız haradadır?”*