Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) erməni hərbçilərin silahlanmasında effektiv mübarizə sistemlərinin olmaması səbəbindən Dağlıq Qarabağ münaqişəsi zamanı özünü göstərə bildi.
Bunu “Almaz-Antey Konserni” SC-nin baş direktoru Yan Novikov deyib.
“Bu PUA-ların sürəti az, qanad açıqlığı 12 metrdir. Dağlıq Qarabağda qabaqcıl silahların olmaması səbəbindən onların effektiv mübarizə vasitələri yox idi”, - deyə Novikov bu gün keçirilən "Novoe znanie” adlı forumda bildirib.*