İranın Ermənistandakı səfirliyi ölkə ərazisində 160 erməni hərbi qulluqçunun olması haqqında Ermənistan mətbuatının yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Daha əvvəl Ermənistanın “Hraparak” qəzeti mənbələrə istinadən bildirmişdi ki, Tehran ikinci Qarabağ müharibəsi zamanı Ermənistan-İran sərhədini keçmiş 160 erməni hərbçinin geri qaytarılması üçün müəyyən şərtlər irəli sürür.
“Biz bu məlumatları təkzib edir, onları yalan və əsassız hesab edirik”, - deyə səfirliyin açıqlamasında qeyd olunur.*