“İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan hesab edir ki, iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqədar ləğv oluna bilər.
“Sərhəddə vəziyyət gərginləşərsə, seçkilərin baş tutmayacağını istisna etmirəm. Əgər Ermənistan ərazisində Azərbaycan hərbçilərinin sayı hər gün artırsa, hansı seçkilərdən söhbət gedəcək?”, - deyə Marukyan bu gün partiyanın qurultayında bildirib.*