Mayın 25-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a İranın Bakıdakı səfirliyindən məlumat verilib.
“Sabah İran XİN başçısı Azərbaycana birgünlük səfər edəcək”, - diplomatik missiyadan qeyd ediblər.
Nazir Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Danışıqlar zamanı ikitərəfli münasibətlər və regiondakı vəziyyət müzakirə olunacaq.
Səfirlikdən əlavə olunub ki, İran XİN başçısı Azərbaycandan Eremənistana yola düşəcək. **
R.Əhmədov