Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağa dair üçtərəfli razılıqları uğurla icra olunur. Bu barədə RF XİN başçısı Sergey Lavrov bəyan edib.
“Bu gün demək olar ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarında qeyd olunan üçtərəfli razılıqlar bütövlükdə uğurla icra olunur. Bu, xüsusilə, münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına aiddir”, - Lavrov “Arqumüentı i faktı” nəşrinə müsahibəsində deyib.
Bundan başqa, Lavrov vurğulayıb ki, RF “hər zaman qardaş erməni xalqına yardım etməyə hazırdır”. “2020-ci ilin payızında Dağlıq Qarabağda hərbi qarşıdurmanın dayandırılması, regionda vəziyyətin normallaşması prosesinin başlanmasına dair Rusiyanın, şəxsən prezident Putinin vasitəçiliyi ilə səyləri bunu sübut edir”, - o qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
RF və Türkiyə arasında münasibətlərə toxunan Lavrov bildirib ki, yanvarın 30-dan Qarabağda atəşkəsə və bütün hərbi fəaliyyətə nəzarət üzrə Birgə Mərkəz fəaliyyət göstərir. “Həmin Mərkəz yalnız vizual müşahidə üsulları ilə mümkün pozuntuların monitorinqi ilə məşğuldur. Beləliklə, mövcud fikir ayrılıqlarını çox kiçiltməmək şərti ilə Türkiyə ilə əlaqələrin inkişafı fonunda bundan sonra da ümumio maraqlarımızın strateji baxışlarını rəhbər tutacağıq. Əminəm ki, bu həm Rusiya, həm də Türkiyə xalqlarının istəklərinə cavab verir”, - RF XİN başçısı əlavə edib. **
A.Əzizov