Dövlət Vergi Xidməti «Freedom Finance Azerbaijan» MMC–ni qeydiyyatdan keçirib. Bu barədə “İnterfaks-Azərbaycan”a DVX-dən məlumat verilib.
Məlumata görə, cəmiyyətin nizamnamə kapitalı 152 min manata bərabərdir, 2021-ci il fevralın 15-də qeydiyyata alınıb.
Cəmiyyətin rəsmi nümayəndəsi Vüsal Məmmədovdur. **