Azərbaycan və Rusiya rəqabət siyasəti üzrə əməkdaşlıq sahəsində Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdəki mənbə məlumat verib.
“Memorandumun layihəsi Rusiya Federal AntiinhisarXidməti və Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanacaq”, agentliyin həmsöhbəti bildirib.
Azərbaycan hökumətindəki mənbə əlavə edib ki, həmçinin Bakı və Moskva vergi inzibatçılığı sahəsində əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. **
Ə.Məmmədov