Azərbaycan prezidenti İlham Əliyev Emin Hüseynovu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edib.
Prezident Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri 5 şəhər daxil olmaqla – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa, 300-ə qədər yaşayış məntəqəsi azad olunub.
Bundan başqa, Azərbaycan, Ermənistan və RF liderlərinin üçtərəfli bəyanatına əsasən noyabrın 20-dək Ağdam rayonu, noyabrın 25-dək – Kəlbəcər rayonu, dekabrın 1-dək – Laçın rayonu Azərbaycana qaytarılıb.
Bütövlükdə, hərbi əməliyyatlar zamanı Azərbaycan 5 min kvadrat kilometrə yaxın ərazini qaytarıb. Üçtərəfli bəyanat çərçivəsində Azərbaycana daha 5 min kvadrat kilometr ərazini qaytarılıb. **
N.Abbasova