Mayın 25-dən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 5 müəssisəsinə pomidor ixracına icazə verib. Bu barədə Xidmətdən məlumat verilib.
Bu qərar karantin fitosanitar ekspertizanın nəticələri üzrə qəbul olunub. İxrac Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə həyata keçiriləcək.
Beləliklə, artıq 131 Azərbaycan müəssisəsi RF-yə pomidor idxal edə biər.
Xəbər verildiyi kimi, Azərbaycandan idxal olunan alma və pomidor məhsullarında karantin obyektlərinin aşkarlanması ilə əlaqədar “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixində bu məhsulların Rusiyaya idxalına məhdudiyyət tətbiq etmişdi.
Ötən həftə Rusiya və Azərbaycan Hökumətləri başçıları səviyyəsində Rusiya-Azərbaycan danışıqlarının yekunlarına dair Rusiya və Azərbaycan Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında bitkilərin karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasına keçidə dair protokol imzalanıb.
2020-ci ildə Rusiyaya Azərbaycandan 179,7 min ton pomidor ixrac olunub, bu da 2019-cu ilin göstəricisindən 7,4 min ton çoxdur. **