Azərbaycanda COVID pasportunun (sertifikatının) tətbiqi planlaşdırılır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Birinci mərhələdə bu pasportları fəaliyyəti iyunun 10-dan bərpa olunacaq idman sağlamlıq obyektlərinin xidmətlərindən istifadə çərçivəsində tətbiq etməyi nəzərdə tuturuq. Gələcəkdə COVID pasportu vətəndaşlara kinoteatr, teatr xidmətlərindən istifadə etməyə, eləcə də digər imtiyazlar əldə etməyə imkan verəcək”, - deyə o, bu gün brifinqdə bildirib.*
Ə.Məmmədov