Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan və Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov bu gün sülhməramlı missiyanı və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
“Görüşdə Dağlıq Qarabağdakı sülhməramlı missiya, Rusiya kontingentinin atəşkəs rejiminin qorunub saxlanması istiqamətində fəaliyyəti müzakirə olunub. Arutyunyan və Muradov, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti də müzakirə ediblər”, - deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.*