Azərbaycan 2021-ci ilin I rübündə 19,516 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 40,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İxrac edilmiş pomidorun dəyəri $22 milyon 259,52 min (azalma 49,3%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Yanvar-mart aylarında Rusiyaya $20 milyon 301,91 min dəyərində 17 min 548,95 ton pomidor (bütün ixracın 98,3%-i – İF) ixrac olunub. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 46,4%, dəyər ifadəsində 53,7% azalıb.
Azərbaycan 2020-ci ildə 187,539 min ton pomidor ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 7,4% çoxdur. İxrac edilmiş pomidorun ümumi dəyəri $201 milyon 353,53 min (artım 6,3%) təşkil edib.
Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Ötən il bu ölkəyə $197 milyon 414,1 min dəyərində 179,884 min ton pomidor (bütün ixracın 95,9%-i – İF) ixrac olunub. 2019-cu illə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 3%, dəyər ifadəsində 4,7% artıb.*
B.Rüstəmbəyov