Azərbaycan 2021-ci ilin I rübündə 5,49 min ton şokolad idxal edib, bu da 2020-ci ilin nanaloji dövrünün göstəricisindən 18,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Ölkəyə idxa olunan şokoladın dəyəri $14 milyon 674,91 min həcmində qiymətləndirilir (artım 22,9%).
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. 2021-ci ilin üç ayı ərzində RF-dən $8 milyon 987,75 min dəyərində (artım 13,8%) 3,316 min ton (artım 18,1%) şokolad idxal edilib. Hesabat dövründə Azərbaycana şokolad idxalının 60,4%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. Birinci rübdə bu ölkədən $1 milyon 239,48 min dəyərində 589,13 ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan yanvar-mart aylarında $1 milyon 11,51 min dəyərində (azalma 10,8%) 546,48 ton (artım 14,8%) şokolad ixrac edib. Həmçinin, Rusiyaya $375,68 min (azalma 66,9%) ixracın həcmi 192,18 ton (azalma 59%) olub.
Azərbaycan 2020-ci ildə $72 milyon 875,54 min dəyərində 26,023 min ton şokolad idxal edib. Azərbaycana ən iri şokolad tədarükçüsü Rusiya olub. Xüsusilə, ötən il ərzində RF-dən $30 milyon 913,48 min məbləğində 14,217 min ton şokolad idxal olunub. Ümumilikdə, 2020-ci il ərzində Azərbaycana şokolad idxalının 54,6%-i RF-nin payına düşüb.
Eyni zamanda, 2020-ci ildə Azərbaycan $3 milyon 900,92 min dəyərində 1,835 min ton şokolad ixrac edib. **
B.Rüstəmbəyov