Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması məqsədilə açıq tender elan edir.
Tender 4 lot üzrə keçirilir : “Badamın daxili satış kanallarının araşdırılması” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması, “Limonadların istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması, “Qazlı və qazsız içməli suların istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması və “Sabun istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması.
Hər lot üzrə iştirak haqqı – 50 manatdır.
Təkliflər 1 iyul saat 11:00-dək qəbul olunur. Təkliflər 2 iyul saat 11:00-da açılacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.**
B.Rüstəmbəyov