Ermənistan hökuməti Azərbaycanla sərhəddə vəziyyətlə əlaqədar ölkədə hərbi vəziyyətin tətbiqi və növbədənkənar parlament seçkilərinin ləğv olunması imkanını nəzərdən keçirmir.
“Hazırda hərbi vəziyyətin tətbiqi və parlament seçkilərinin ləğv olunmasına dair müzakirələr aparılmır. Ümid edirəm ki, bunun üçün əsas olmayacaq”, - parlamentin hakim “Moy şaq” fraksiyasının rəhbəri Lilit Makunts çərşənbə günü jurnalistlərə bildirib.
İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. **