Müdafiə Nazirliyi sərhəddə Azərbaycan Ordusunun mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə məlumat verib.
“Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
“Cavab atəşi açılmayıb, Azərbaycan hərbçiləri arasında itki yoxdur”, - MN-dən vurğulanır. **
R.Əhmədov