Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkənin 19 rayonunda 31 modul tipli məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 10 milyon manat ayrılır: Ağsu, Cəlilabad, Daşkəsən, Gədəbəy, Xaçmaz, İmişli, Qax, Quba, Qusar, Qobustan, Lerik, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Tərtər, Ucar və Yardımlı rayonlarında.
Hər məktəbin quraşdırılmasına 207 min manatdan 425 min manatadək məbləğində xərclər nəzərdə tutulur.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılır.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə