Cari ilin IV rübündə beynəlxalq avtomobil daşımaları sahəsindəAzərbaycan-Rusiya Qarışıq Komissiyasınınnövbəti iclasıkeçiriləcək.
“Oktyabr-noyabr aylarında Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək TexnologiyalarNazirliyi və Rusiya Nəqliyyat Nazirliyi beynəlxalq avtomobil daşımaları sahəsindəQarışıq Komissiyanın iclasını keçirəcək. Müvafiq qərar aprelin 27-də Moskvada iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasının yekunlarına dair qəbul olunub”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Gözlənildiyi kimi, Qarışıq Komissiyanın iclasında beynəlxalq avtomobil daşımaları sahəsindəproblemlərin həlli daxil olmaqla, iki ölkənin avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. **
N.Abbasova