İranla Ermənistan arasında Azərbaycanın Naxçıvan Muxtar Respublikasından keçməklə dəmir yolu əlaqəsi Tehranla İrəvan arasında iqtisadi münasibətlərinb inkişafına imkan yaradacaq. Bu barədə İran XİN başçısı Məhəmməd Cavad Zərif bəyan edib.
“Ümid edirəm ki, pandemiya sona çatdıqdan sonra iqtisadi münasibətləri daha da inkişaf etdirə biləcəyik. Meqri azad iqtisadi zonası (Ermənistanın cənubunda Sünik vilayətində İranla sərhəddə - İF), o cümlədən İran-Naxçıvan-Ermənistan dəmir yolunun olması hər iki ölkə üçün səmərəli ola bilər. Yaxşı razılıq əldə olunub”, - Zərif çərşənbə günü Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüş zamanı bildirib.
İran XİN başçısının sözlərinə görə, “vacib ikitərəfli və regional məsələləri” həll etmək zəruridir.
“Regionda sülhün bərqərar olmasını arzu edirik”, - Zərif qeyd edib.
“Dünən Azərbaycan prezidenti ilə ətraflı və məzmunlu söhbətimiz baş tutub”, - Zərif əlavə edib. **