Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
Qərar Nazirər Kabinetinin saytında dərc olunub.
Əvvəl bu müddət iyunun 1-nə kimi nəzərdə tutulmuşdu.
Qərara əsasən, 31 may saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir. O cümlədən, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir və açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir.
10 iyun tarixindən aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir: dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50%-dən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla); iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla); idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdivasitələrdən istifadə tələbi olmadan); çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.
İyunun 28-dək həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq (saat 00:00-dan 06:00-dək). **
N.Abbasova