Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 27-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0729 manat/1EUR (mayın 26-na 2,0844 manat/1EUR) səviyyəsində müəyyən edilib.
AMB mayın 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0231 manat/1RUB (mayın 26-na 0,0232 manat/1RUB) səviyyəsində müəyyən edib.*
Ə.Məmmədov