Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı sərhədlərin delimitasiyası məsələsinin müzakirəsi zamanı siyasi isteriyadan əl çəkməyə və bu prosesdə praqmatik yanaşma tətbiq etməyə çağırıb.
“Sərhədlərin delimitasiyası siyasi isteriya formasında deyil, normal praqmatik şəraitdə keçməlidir və sonda hər bir ölkə beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətlə yanaşmalıdır”, - deyə Bayramov AzTV dövlət telekanalına müsahibəsində Bakının sərhədlərin delimitasiyasına dair təklifinə İrəvanın reaksiyasını şərh edərkən bildirib.
Nazir xatırladıb ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası heç vaxt aparılmayıb.
Bununla yanaşı, o qeyd edib ki, bütün dünyada tanınmış həll yolları mövcuddur.
“Əgər Ermənistan tərəfinin hansısa iradları və sual və ya hətta fikir ayrılıqları yaradan məqamlar varsa, beynəlxalq səviyyədə tanınan həll mexanizmləri mövcuddur. Mexanizm bundan ibarətdir ki, dövlətlər işçi qrupu, lazım gəldikdə isə mütəxəssislər cəlb edilməklə komissiya da yaradırlar”, - deyə Bayramov qeyd edib.*
X.Nəsirzadə