Azərbaycanın əsir götürdüyü erməni hərbçilər sərhəddə mühəndis işləri aparırdılar. Bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
“Hərbçilərimiz Azərbaycanla sərhəddə xəbərdaredici nişanlar quraşdırılmaqla minalama işləri aparırdılar, təxribat məqsədi olmayıb. Hadisə bizim ərazimizdə baş verib”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, bu cür insidentlər baş verir, “çünki bəzi qüvvələr Azərbaycan hərbçilərinin bizim ərazimizdə olmasına alışmağımızı istəyirlər, ancaq bu, olmayacaq”.*