Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Azərbaycanla sərhəddə yerləşən Geqarkunik vilayətinin Kut kəndinə gedib.
O, yerli sakinlər qarşısında çıxış edərək sərhəd rayonlarda vəziyyətin nəzarətsiz inkişafına yol verilməməsinin vacibliyini bildirib və ərazi güzəştlərinin olmayacağını vəd edib.
“Güzəştlərdən söhbət gedə bilməz. Əgər biz sərhədimizi güzəştə getsək, bu, onları daha da ruhlandıracaq. Azərbaycan Silahlı Qüvvələri ərazimizi tərk etməlidir”, - deyə Paşinyan qeyd edib.*