30 aprel 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 796,7 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-aprel aylarında bankların aktivləri 2,3% artıb.
Aprelin sonuna bankların kredit portfeli 14 milyard 611,8 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,2% - İF) təşkil edir.
Aprelin 30-na bankların ümumi kapitallaşması 4 milyard 731,1 milyon manat (artım 0,7% - İF) təşkil edir.
Hesabat dövrünün sonuna bankların öhdəlikləri 28 milyard 65,6 milyon manata (artım 2,6%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 371,3 milyon manat məbləğində (azalma 0,8%) qiymətləndirilir. Mayın əvvəlinə banklarda depozit portfeli 21 milyard 362,1 milyon manat (artım 3,1%), o cümlədən əhalinin əmanətləri 8 milyard 219,9 milyon manat (artım 2,2%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ilin yanvar-aprel aylarında bankların ümumi xalis mənfəəti 194,7 milyon manat təşkil edib (2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 24,7%).
Hesabat dövründə bankların faiz gəlirləri 662,6 milyon manat (artım 1,3%), o cümlədən verilmiş kreditlər üzrə 527,7 milyon manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 236,3 milyon manat məbləğində (artım 6,4%) olub.
Bu dövrdə bankların faiz xərcləri 173,8 milyon manat (artım 2,1%), o cümlədən depozitlər üzrə 111,4 milyon manat, qeyri-faiz xərcləri 410,9 milyon manat (artım 2,6%) təşkil edib.
Yanvar-aprel aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 301,6 milyon manat (artım 7,1%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 238,1 milyon manat məbləğində (artım 14,9%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 43,4 milyon manat (azalma 15,1%) təşkil edib.
30 aprel 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Aprelin sonuna bankların 462 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,5%) və 102 şöbəsi (azalma 6,4%) var.
Hesabat dövrünün sonuna bank sektorunda 18,893 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1% - İF) çalışır.*
Ə.Məmmədov