Azərbaycanda koronavirus infeksiyasına 220 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 333,317 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 203 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4891 nəfərə çatıb.
Virusa yoluxmuş 322,806 min nəfər (sutka ərzində +533) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 5 min 620 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9369 (ötən gün 8397 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 486,381 min test aparılıb.*
X.Nəsirzadə