Rusiya Ermənistan silahlı qüvvələrinin Azərbaycan tərəfindən əsir götürülmüş 6 hərbi qulluqçusunun azad edilməsi ilə bağlı danışıqlarda iştirak edir. Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarqsyan deyib.
“Rusiya danışıqlarda iştirak edir, vəziyyətin tez bir zamanda həlli üçün səy göstərir”, - deyə o, jurnalistlərə bildirib.
Ermənistan SQ Baş Qərargah rəisinin müavini Eduard Asryan isə mətbuat konfransında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə birbaşa əlaqə yoxdur.
“Rusiyanın vasitəçiliyi ilə yerlərdəki komandirlərlə bilavasitə əlaqə var”, - deyə Asryan qeyd edib.*