ABŞ Azərbaycan tərəfindən erməni hərbçilərin əsir götürülməsindən narahatlığını bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Praysın bu gün yayılmış bəyanatında deyilir.
“ABŞ bu yaxınlarda Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisələrdən, o cümlədən azərbaycanlı hərbçilər tərəfindən bir neçə erməni əsgərin saxlanmasından narahatdır. Biz hər iki tərəfi bu insidenti təcili surətdə və sülh yolu ilə həll etməyə çağırırıq”, - deyə Dövlət Departamentinin məlumatında bildirilir.
“ABŞ Ermənistan-Azərbaycan sərhədinin demarkasiya edilməmiş hissələri boyunca istənilən hərəkəti təxribat və lazımsız hesab edir”, - deyə Ned Prays qeyd edib.
Xüsusilə ABŞ Azərbaycanı və Ermənistanı öz qoşunlarını mayın 11-də tutduqları mövqelərə qaytarmağa çağırır.*