ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan-Ermənistan sərhədində baş vermiş insidentlər barədə məlumatlarla əlaqədar narahatlıq ifadə edib.
“Azərbaycan-Ermənistan sərhədində insidentlər barədə məlumatlarla bağlı dəfələrlə narahatlıq ifadə olunub. Bütün həll olunmamış məsələlər sülh, danışıqlar yolu ilə öz həllini tapmalıdır”, - Linde özünün Twitter hesabında yazıb.
Linde qeyd edib ki, ATƏT tərəflər arasında etimadın möhkəmlənməsi ilə bağlı tədbirlər reallaşdırmağa hazırdır, bu da öz növbəsində dialoq üçün mühit formalaşdırmağa imkan yaradacaq. **
Ə.Məmmədov