Azərbaycan prezidenti İlham Əliyev cümə günü Ağdam rayonuna səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfər çərçivəsində Əliyev Bərdə-Ağdam avtomobil yolunun və Ağdam Sənaye Parkının, o cümlədən Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimlərində iştirak edib.
Bundan başqa, dövlət başçısı Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib. **
Ə.Məmmədov