Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycana ərazi mübahisələrin həlli üçün Sovet dövründən mövcud anklavların mübadiləsindən imtina etməyi təklif edir.
“Əgər kimsə (Azərbaycan - İF) deyir ki, anklavları var, biz də deyirik ki, bizim də anklavlarımız var. Beynəlxalq təcrübədə həllər olub. Bu aşğıdakıdır: bu nöqteyi-nəzərindən əraziyə malik olan həmin anklavın da sahibi olur. Bu məsələ qarşılıqlı olaraq öz həllini tapır”, - Paşinyan cümə günü rəhbəri olduğu partiyanın üzvləri ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın yurisdiksiyasında təxminən eyni sayda analoji ərazilər var. **