Cümə günü Azərbaycan prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Həmçinin, Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onların qarşısında çıxış edib.
Daha sonra dövlət başçısı Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib.
O cümlədən, Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub. **
Ə.Məmmədov