Azərbaycan prezidenti İlham Əliyev cümə günüAğdam Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentin fərmanına əsasən, Ağdam Sənaye Parkının fəaliyyəti üçün işğaldan azad edilmiş Ağdam şəhərinin yaxınlığında 190 hektar torpaq sahəsi ayrılıb.
Dövlət başçısı Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayırmağı tapşırıb.
Xəbər verildiyi kimi, cümə günü Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirakedib. **
Ə.Məmmədov