Rusiyalı hərbçilərinin məlumatına əsasən, son günlər ərzində Qarabağda atəşkəs rejimin pozulması qeydə alınmayıb.
“Ötən dövr ərzində atəşkəs rejimin pozulması, rusiyalı hərbi qulluqçulara qarşı təxribatçı hərəkətlər qeydə alınmayıb”, - Rusiyanın sülhməramlı kontingentinin nümayəndəsi polkovnik Dmitri Perepelkin cümə günü brifinqdə bildirib.
Rusiyalı hərbçi sülhməramlıların mayın 21-dən etibarən fəaliyyəti barədə söz açıb.
Perepelkinin sözlərinə görə, mayın 21-dən etibarən Rusiya sülhməramlıları Azərbaycan Ordusunun 20 avtomobil kolonunun təhlükəsiz keçidini təmin ediblər. **