ABŞ-ın dövlət katibi Entoni Blinken Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Respublika Günü və 1918-ci ildə müsəlman dünyasında ilk demokartik hökumətin qurulması münasibətilə təbdik edirəm”, - Dövlət Departamentinin saytında dərc olunan təbrik məktubunda deyilir.
“Birləşmiş Ştatlar iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində Azərbaycanla 30 illik tərəfdaşlığı, həmçinin insan haqları və qanunun aliliyi ilə bağlı daimi dialoqumuzu yüksək dəyərləndrirlər. Biz Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirilməsinə Azərbaycanın töhfəsini tanıyırıq. Güclü təsisatlar, qanunun aliliyi, şəffaflıq ümumi hədəflərimizə çatmaq və daha möhkəm və dərin əlaqələrin qurulması üçün həyati vacibdir”, - Blinken vurğulayıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Dövlət katibi əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ əvvəlki kimi, Qarabağ məsələsinin uzunmüddətli siyasi həllinə dair danışıqlarda tərəflərə yardım etməyə və bütün saxlanılan şəxslərin azad olunması, həlak olanların meyitlərinin mübadiləsi daxil olmaqla, hərbi əməliyyatların humanitar nəticələrinin aradan qaldırılmasına sadiqdir. **
R.Əhmədov